Ana Sayfa > Manşet / Siyasət > Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir


Dünən, 19:26. Yazar: sevinc1
Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

Yanvarın 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin rəhbərliyi ilə Azərbaycan Parlamenti Aparatının nümayəndə heyətinin Ankaraya səfəri başlayıb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinə Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, Aparatın Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayev, Aparat rəhbəri xidmətinin Məhkəmə hakimiyyəti orqanları ilə əlaqələr sektorunun müdiri Nazir Bayramov və Aparat rəhbərinin köməkçisi İlham Həsənov daxildirlər.
Nümayəndə heyətinin üzvləri əvvəlcə Ankarada “Anıtkabir”i ziyarət ediblər, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla anaraq, abidə önünə gül dəstəsi qoyublar.

Geri dön