Ana Sayfa > Siyasət > Azər Badamov: "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil"
Azər Badamov: "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil"Bu gün, 11:39. Yazar: sevinc1 |
İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra qorxuya düşənlərdən biri olub. Bunu Sonxeber.az-a deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Molla Azərbaycan Prezidenti barədə özünəlayiq ifadələrlə çıxış edib: "7 yanvarda Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan-İran münasibətlərində yaşanan çətinliklərə toxunaraq əyalət mollaların Azərbaycan və Türkiyə prezidentləri, həm bizim xalqları təhqir etməsini təəssüf doğurduğunu, həmin mollaları cəzalandırmalı və Azərbaycandan üzr istəməli olduğuınu bildirdi. Onu qeyd etmək istəyirəm ki, İranda mollalar müstəqil şəkildə belə fikirlər söyləyə bilməz. Çünki, İranda siyasi məsələlərə Ali dini lider və digər dövlət qurumları tərəfindən ciddi nəzarət olunur. Mollaların siyasi məsələlərə daxil olması ancaq müəyyən dairələrin tapşırıqları əsasında baş verə biləcəyini hesab edirəm. Bu baxımdan Ərdəbil, nə də Qəzvin şəhərinin mollaları özbaşına siyasi məsələlərə qoşulub ölkələrimizə qarşı təhqir ifadələri işlətmirlər. Bəli, cənab Prezidentin müsahibəsi həm də İranın müfaviq dairələri üçün bir mesaj xarakterli bəyanatdır. Əgər İran qonşu ölkələrin suverənliyinə hörmətlə yanaşırsa və münasibətlərini davam etdirmək istəyirsə, iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək belə halların baş verməsi və davam etməsinə imkan verməməlidir. Bu baxımdan cənab Prezidentin çıxışından sonra İranda müvafiq dairələr ölkələrimizə təhqir yağdırmış mollalarla iş aparmağa başladığını hesab edirəm". Deputat vurğulayıb ki, bu məsələnin dövlət rəhbəri səviyyəsinə qalxaraq münasibət bildirməsinin mollaları qorxuya salması təbiidir: "Çünki, mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar. Gedib dini təbliğ etsin, möizə oxusun və molllalıq etsin. Siayəsət isə onlarlıq deyil. Hesab edirəm ki, İran dövləti heç olmasa görüntü göstərmək üçün bir-iki mollanı cəzalandıracaq. Çünki, bu gün İran dünyadan təcrid olunub. Bu baxımdan Azərbaycan və Türkiyə ilə münasibətlərinin pislşməsi indiki zamanda İran dövlətinə heç də lazım olmadığını hesab edirəm". Geri dön |