Ana Sayfa > Manşet / Ölkə > “Azəriqaz”ın vəzifəli şəxsi piyadanı maşınla vurub öldürdü

“Azəriqaz”ın vəzifəli şəxsi piyadanı maşınla vurub öldürdü


Bu gün, 09:52. Yazar: sevinc1
“Azəriqaz”ın vəzifəli şəxsi piyadanı maşınla vurub öldürdü

Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.

aia.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Əldə edilən məlumata görə, qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.

Onu da qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.

aia.az
Geri dön