Mobil versiya
Ürəklərdə əbədi yaşayan Lider - Ulu Öndər Heydər Əliyev
Tarix: 11-12-2024 | Saat: 20:18
Bölmə:Özəl | çapa göndər

Ürəklərdə əbədi yaşayan Lider - Ulu Öndər Heydər Əliyev

Xalqımızın əziz xatirəsini sonsuz ehtiram və böyük minnətdarlıqla yad etdiyi Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi və dövlətçiliyi uğrunda göstərdiyi misilsiz xidmətləri ilə tarixdə silinməz iz qoymuş, ölkəmizi ən çətin dövrlərdən çıxararaq müasir inkişaf mərhələsinə yüksəltmişdir. Onun uzaqgörən liderliyi sayəsində Azərbaycanın gələcəyi möhkəm təməllər üzərində qurulmuş, müstəqilliyimiz əbədi təmin olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi olaraq qoyduğu zəngin irs bu gün də Azərbaycan xalqının birliyinin, gücünün və ölkəmizin beynəlxalq arenadakı mövqeyinin əsas təminatçısıdır. SSRİ dövründə Ümummilli Liderin əvəzolunmaz xidmətləri Azərbaycanın həm iqtisadi, həm də sosial sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etməsini təmin etmişdir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin edildikdən sonra Heydər Əliyev respublikada genişmiqyaslı islahatlara start vermişdir. Ulu Öndər sənayenin inkişafına və əhalinin rifah halının yaxşılaşdırılmasına böyük diqqət yetirmişdir.

Bu fikirləri aia.az-a verdiyi müsahibəsində Elm və Təhsil Nazirliyi Fizika İnstititunun baş meneceri Xanlar Xanlarov deyib.

Daha sonra X. Xanlarov sözlərinə davam edərək deyib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkə ciddi siyasi, iqtisadi və sosial böhranla üzləşmiş, vətəndaş müharibəsi və parçalanma təhlükəsi yaranmışdır. Məhz belə ağır bir dövrdə Heydər Əliyev xalqın təkidli çağırışına cavab olaraq, Naxçıvandan Bakıya qayıtmış və ölkənin xilası uğrunda mübarizəyə başlamışdır. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və qısa müddət sonra - 3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ulu Öndər müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, daxili sabitliyin bərpa olunması və Azərbaycanın milli maraqlarının qorunması üçün qətiyyətli addımlar atmışdır.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin strateji kursunu davam etdirərək Azərbaycanın iqtisadi inkişafını və beynəlxalq nüfuzunu daha da artırmışdır. Onun rəhbərliyi ilə Azərbaycan təkcə regionda deyil, həm də qlobal miqyasda güclü dövlətə çevrilmişdir.

Xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olmuşdur. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın milli qürurunun və birliyinin ifadəsi olmuşdur.

Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişafının, sabitliyinin və dövlətçiliyinin əsasıdır. Ulu Öndər hər zaman xalqımızın yaddaşında dahi, xilaskar və qurucu lider kimi qalacaqdır.

Bayram Xudayarov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-12-2024