Mingəçevirdə Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda dəyirmi masa keçirib -Fotolar
Tarix: 11-12-2024 | Saat: 17:04
Bölmə:Ölkə | çapa göndər
Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı ilə birgə Ulu öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda dəyirmi masa keçirib.
aia.az xəbər verir ki, tədbir iştirakçıları öncə şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, öz dərin ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin, Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən filmə baxıldı.
Daha sonra tədbir öz işini “dəyirmi masa” ətrafında davam etdirib. Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müasir, müstəqil, qüdrətli Azərbaycan dövlətinin təməlini qoymuş Ulu öndər Heydər Əliyevin keçən əsrin 60-cı illərindən başlayaraq hakimiyyətdə olduğu dövrdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı üçün yürütdüyü uzaqgörən siyasətdən və əldə edilən uğurlardan danışıb. İlham İsmayılov bildirib ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini müasir dövrün tələblərinə uyğun həyata keçirməklə dövlətimizin regionda ən qüdrətli ölkəyə çevrilməsinə nail olub.
Daha sonra Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalq, dövlət qarşısında göstərdiyi böyük xidmətlərdən danışaraq qeyd edib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çəkib.
Daha sonra Partiya veteranı Ramiz Kərimov, Partiyanın fəal üzvü Ədalət Quliyeva, Partiya Veteranı Rizvan Mikayılov, 7 saylı tam orta məktəbin direktoru, partiya aktivi Anar İsmayılov Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, Vətənə və xalqa sədaqətlə xidmətindən danışıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-12-2024