Mobil versiya
“Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı
Tarix: 27-09-2024 | Saat: 12:15
Bölmə:Özəl | çapa göndər

“Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı

Azərbaycanın 20% torpaqlarını işğal edən Ermənistan bu torpaqları 30 ilə yaxın işğal altında saxladı. Bu münaqişəni Azərbaycan sülh yolu ilə nizamlamağa çalışdı. Lakin bu danışıqlar heç bir nəticə vermədi. Ermənistan tərəfi danışıqları uzadır, vaxt qazanmaq istəyir, status-kvonu möhkəmləndirməyə, daimi etməyə çalışırdı. Bu işğalla Azərbaycan heç vaxt barışa bilməzdi və barışmadı. Keçən bu müddət ərzində Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi ölkəmizin hərtərəfli inkişafını, siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirdi. Bu sahədə çox böyük işlər gördü, sağlam bünövrələr yaratdı. Ümummilli Lider Heydər Əliyevin bu yolunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bildirdi və düşünülmüş məqsədyönlü siyasət, strategiya həyata keçirtdi. Bunun nəticəsində Azərbaycan gücləndi, iqtisadi müstəqilliyini təmin etdi, iqtisadi cəhətdən heç bir beynəlxalq maliyyə qurumundan,heç bir ölkədən, heç kimdən asılı olmayan müasir dövlətə çevrildi və dünya üçün çox nadir inkişaf modelini yaratdı. Bu iqtisadi yüksəliş ordu quruculuğunda da dönüşə səbəb oldu. Ordumuz ən müasir silahlarla, hərbi texnika ilə təchiz edildi. Azərbaycan müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu. Hərbiçilərin bilik və bacarıqları artırıldı. Ötən bu zaman ərzində çoxşaxəli, prinsipial, düzgün xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal iş aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, nüfuzunu artırdı. Bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi. Bütün bu amillər Azərbaycanın mütləq qələbəsini tam şərtləndirdi və onun əldə edilməsi zaman məsələsinə çevrildi. Artıq həmin zaman gəlib çatdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan ordusunun mövqelərinə və mülki yaşayış məntəqəsinə atəş zərbələri endirməsinə cavab olaraq Ali Baş Komandan İlham Əliyevin verdiyi əmrlə əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlıqlar göstərdilər və düşmənə qalib gəlib işğal olunmuş torpaqları azad etdilər. Azərbaycan xalqının birliyi də bu qələbənin əldə olunmasında çox böyük önəm daşıdı. Azərbaycan dövlətinin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir,ruhları qarşısında baş əyir, qazilərimizə can sağlığı, ordumuza daim qalibiyyət arzulayıram.

Nizami Verdiyev
YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024