Mobil versiya
Novruz-birlik,dostluq,sevinc bayramıdır
Tarix: 21-03-2023 | Saat: 10:40
Bölmə:Özəl | çapa göndər

Novruz-birlik,dostluq,sevinc bayramıdır

Xalqımızın ən qədim,sevilən və doğma bayramı-Novruz və yaxud Bahar bayramı.
Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır.
Sonuncu çərşənbədən etibarən bayram ab-havası daha da yüksəlir və hazırlıqlar görülür.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("Gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Bunlarla yanaşı Novruz özünəməxsus oyunlar,maraqlı adətlər və xoş xatirələrlə xatırlanır. Uşaqların sevimlisi Keçəl-Kosa,xoruz döyüşdürülməsi,papaq atmaq,tonqal qalamaq,qulaq falına çıxmaq,səməni cücərdilməsi,şəkərburaya naxış vurulması,hətta paxlavanın düzgün kəsilməsinə çalışılması belə bu bayramın dadı duzudur.
Əsas odur ki, könüllər təmiz üzlər gülərüz olsun,qalan hər şey öz yerini alacaq.
Novruz Bayramınız Mübarək!

Rəna Baxşəliyeva, ÜMUMGƏNCLƏR İctimai Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024