Mobil versiya
YAP Mingəçevir şəhər təşkilatı tərəfindən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər davam etdirilir. -Fotolar
Tarix: 01-02-2023 | Saat: 17:10
Bölmə:Ölkə | çapa göndər

YAP Mingəçevir şəhər təşkilatı tərəfindən Ulu  Öndərin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər davam etdirilir.

Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə YAP Mingəçevir şəhər təşkilatı tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq silsilə tədbirlər davam etdirilir. 01.02.2023-cü ildə YAP şəhər təşkilatında 2 fevral Gənclər Günü münasibətilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şücaət göstərən bir qrup Qarabağ Əlilləri və Qaziləri ilə görüş keçirildi. Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və Mingəçevir şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev iştirak edərək ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğıdan geniş bəhs etmiş və 2 fevral Gənclər Günü münasibətilə Qazilərimizi təbrik etdilər. Şəhərimizdə də Qazilərimizə diqqət və qayğı göstərilir və bundan sonra da hər zaman diqqətdə saxlanılacaq.
Sonda Qarabağ Əlilləri və Qazilər göstərilən qayğı və diqqətə görə Cənab Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürlərini bildirdilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024