Mobil versiya
Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır
Tarix: 01-02-2023 | Saat: 16:44
Bölmə:İqtisadiyyat | çapa göndər

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında səsləndirib.
Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar”, - dövlət başçısı bildirib.
İlham Əliyev deyib ki, bu, çox böyük sərmayə və çox ciddi koordinasiya tələb edən layihədir: “Ona görə biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir”.
Ümumiyyətlə,qeyd etmək yerinə düşər ki,Azərbaycanın bərpa olunan enerji mənbələrindən geniş şəkildə istifadə etmək planları ölkəmizin müasirləşdirilməsi strategiyasına tam uyğundur. Qeyd edək ki, indiyədək Prezident İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı Fərman və sərəncamlarla ölkəmizdə bərpa olunan enerji mənbələrindən səmərəli şəkildə istifadə olunmasına geniş imkanlar yaradan möhkəm hüquqi baza formalaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Bu ərazilərdə bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etmək üçün beynəlxalq layihələr icra olunur.Bu layihələrin həyata keçirilməsi həmin sahənin inkişafını tamamilə yeni səviyyəyə çıxaracaq. Azərbaycan “yaşıl enerji”yə “yaşıl işıq” yandırarkən, ilk növbədə, ölkənin geniş imkanlarını əsas götürüb. Respublikamızın əlverişli coğrafi iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə münbit zəmin yaradır.
Həmçinin ,onu da vurğulayaq ki,Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Gülpəri Məmmədli Famil qızı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə