Mobil versiya
Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir
Tarix: 01-02-2023 | Saat: 16:33
Bölmə:Cəmiyyət | çapa göndər

Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir

Bildiyimiz kimi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri, eləcə də yerli kommersiya şirkətləri cəlb olunub. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2022-ci ilin Tədbirlər Planına əsasən cari il ərzində qurumlar tərəfindən 40.000 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub. Agentliyin öhdəliyinə düşən ərazi isə 20.000 hektar təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı Fərmanı ilə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradıldı. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti əlaqələndirmək, idarə etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur. Başlıca məqsədimiz Azərbaycan Respublikasının işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlayıcı sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir.
Ölkə rəhbərinin sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində fəaliyyət göstərən İşçi Qruplarından biri də Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə qrupdur.
“Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük”.

Alışov Canəli,
ADPU



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024