Mobil versiya
Cənab Prezident İlham Əliyev Ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir
Tarix: 01-02-2023 | Saat: 11:42
Bölmə:Özəl | çapa göndər

Cənab Prezident İlham Əliyev Ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir

Azərbaycanda bu gün həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və uğurla davam etdirilən bu siyasət nəticəsində bu gün Azərbaycan gəncliyi dünyanın hər yerində dövlətini uğurla təmsil edir. Heç şübhəsiz ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasət Azərbaycanda öz dövlətinə, bayrağına bağlı, eyni zamanda müasir dünyada öz sözünü deyə biləcək bir gəncliyin formalaşmasına gətirib çıxarıb. Dövlət başçısının "neft kapitalının insan kapitalına çevrilməsi” fikri bu gün həyata keçirilən gənclər siyasətinin də doğru istiqamətdə olduğunu bir daha təsdiqləyir. Gənclər Gününün təsis edilməsi gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin gələcək inkişafında xüsusi yeri və rolu var. Ümummilli liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən təsis edilən Gənclər Günü həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilir. Çox yaxşı haldır ki, bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Ulu öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Cənab Prezident İlham Əliyev Ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.
Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən cənab Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramları xüsusi qeyd edilməlidir. Bunlarla bərabər 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisdir. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılmışdır. Burada elə təkcə son illər cənab Prezident İlham Əliyevin birbaşa qərarları ilə yaradılan çoxsaylı gənclər mərkəzlərinin və evlərinin açılışını da qeyd etmək olar. Həmin bu proqramlar dövlət başçısının Azərbaycan gəncliyinə münasibətinin birbaşa təzahürüdür. Əslində, ötən bir neçə il ərzində də məlum oldu ki, bu proqramlara Azərbaycan gəncliyinin nə qədər ehtiyacı var imiş. Azərbaycan gəncliyi bu gün cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Hər bir gənc, ölkədə aparılan siyasətdə öz payını hiss edir. Dövlətimiz gənclərə diqqət yetirir, onların inkişafı naminə böyük səylər göstərir. Respublikanın gənclər təşkilatları BMT, Avropa Şurası, İƏT, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla əlaqə yaradır, birgə layihələr həyata keçirirlər. Bütün bunlar intellektual Azərbaycan gəncliyinin formalaşmasını sübut edir.
Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Cənab Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışıb, onların Vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirib. Əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanın inkişafı üçün əlindən gələni edəcək və cənab Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024