Mobil versiya
Gənc kadrların irəli çəkilməsi siyasəti
Tarix: 01-02-2023 | Saat: 10:38
Bölmə:Özəl | çapa göndər

Gənc kadrların irəli çəkilməsi siyasəti

Müasir inkişaf mərhələsində dövlət kadr siyasətinin əsas məqsədi dövlət idarəçiliyinin institut kimi effektivliyinin və səmərələşdirilməsinin yüksəldilməsidir. Məlumdur ki, dövlət kadr siyasəti hər bir dövlətin adekvat fəaliyyət göstərməsi üçün zəruridir. Ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilir, uğurlu gənclər siyasəti həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi yeniyetmə və gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Ümummilli Lider həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyərək dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.Böyük rəhbərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələdə inkişaf etdirilir. "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir", - deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin bünövrəsində gənclərin ölkənin uğurlu inkişafına istiqamətləndirilə biləcək potensialının yaradılması dayanır.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Və bu gün dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. O ,vurğulayırdı ;''Azərbaycan dövlət müstəqilliyi daimidir ,əbədidir dönməzdir, sarsılmazdır.Hər bir gənc Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək ,yaşatmaq üçün çalışmalıdır və öz xidmətini göstərməlidir''.Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyev gənclər siyasəti sahəsində bir sıra qanunlar qəbul edilmiş, müxtəlif illər üzrə inkişaf konsepsiyaları hazırlanmış, gənclər sektorunda görünməmiş uğurlara imza atılmışdır. Bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılmışdır. Dövlət idarəçiliyində peşəkar kadrların önə çəkilməsi artıq ənənə halını almışdır. Respublikamızın prezidenti cənab İlham Əliyevin perspektivli kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırması demək olar ki, bütün sahələrdə yüksək səviyyəli kadr bazasının yaranmasına töhfə verməkdədir.

Azərbaycana uzun illər rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin apardığı siyasətin mərkəzində də məhz bu istiqamət prioritet idi. Ümummilli lider Heydər Əliyev nitqlərində qeyd edirdi: "Dövlət idarəçiliyində səmərəli, təşəbbüskar,xalqını düşünən kadrların idarəçiliyə cəlb edilməsi  vacibdir”. Ümummilli lider Heydər Əliyevin bizə irs qoyduğu bu zəngin təcrübəyə əsaslanaraq, eləcə də beynəlxalq təcrübəyə istinad edərək idarəçilik mədəniyyəti yüksək olan, yeniləşən dünyamızın tələblərinə cavab verən kadr bazasını genişləndirmək bu gün dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Belə ki, gənclərin dövlət idarəçiliyinə cəlb olunması, onların potensialının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılması, könüllülük hərəkatının genişləndirilməsi mühüm tələbə çevrilib.Gənc kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından ölkənin nəinki bugünü, həmçinin gələcəyi də çox asılıdır. Eyni zamanda gənc kadrların üzərinə çox böyük məhsuliyyət düşür. Bizlər öyrənərək öyrətməyə bacarmalıyıq və dövlətimizin etibarlı əllərə verilməsi üçün layiqli kadrlar yetişdirilməsi üçün əlimizdən qələni etməliyik. İdarəçilik işinin səmərəliliyini yüksəltməyə nail olmaq məqsədi ilə bu gün ölkəmizdə aparılan islahatlar dövlətimizin qarşısında təkcə kadr hazırlanması kimi yox, həm də siyasi bir vəzifə kimi durmaqdadır. Cənab Prezidentin bu siyasəti bütün dövlət strukturlarında   həyata keçirilməkdədir. Çünki  uğurlu kadr qələbənin, uğurun əsası  deməkdir. Məhz onun yürütdüyü çoxşaxəli siyasət nəticəsində Azərbaycan təkcə bölgədə deyil, dünyada nüfuzlu və qüdrətli dövlət çevrilib, onunla hesablaşırlar. Azərbaycan belə bir uğur qazanmasında  təbii ki, kadrların da müstəsna  rolu olub. Odur ki, uğurlu kadr siyasəti gələcəkdə Azərbaycanın yeni dünya düzənində öz layilqi yerini tutması, ölkə iqtisadiyyatını daha sürətli inkişafını təmin edib, hədəflərə nail olunması, çevik dövlət idarəetmə aparatı formalaşdırmaq  baxımından çox vacibdir.

Azərbaycan gəncliyi bu gün daha məsuliyyətli olmalı, milli maraqları daim hər şeydən üstün bilməlidir. Məhz bu yolla ona göstərilmiş yüksək etimadı doğrulda bilər. Hazırda gənc kadrların rəhbərlik etdiyi və ya rəhbərliyində təmsil olunduğu qurumların fəaliyyətində nəzərə çarpan innovativlik və məhsuldarlıq da aparılan siyasətin uğurunu göstərir. Kadr siyasəti cənab Prezidentin yürütdüyü siyasətin əsas prioritetlərindən biri hesab olunur. Azərbaycanın qarşısına qoyduğu hədəflərə nail olunmasında və dövlətin uğurlu idarəedilməsində peşəkar, bacarıqlı, savadlı kadrların müstəsna rolu var.  Ona görə də cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar kursunun mühüm bir istiqamətini uğurlu kadr islahatları təşkil edir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə