Mobil versiya
Vilnüs bütün zamanların ən böyük Milad ağacının işıqlarını yandırdı
Tarix: 01-12-2022 | Saat: 00:05
Bölmə:Özəl / Dünya | çapa göndər

Vilnüs bütün zamanların ən böyük Milad ağacının işıqlarını yandırdı

2023-cü ildə Vilnüs 700 illik yubileyini qeyd edir. Bu münasibətlə, şənbə günü axşam şəhərin Kafedral meydanında təntənəli şəkildə 700 şamlı tortu xatırladan küknar ağacında milad işıqları yandırıldı. Bu günlərdə işıqsız qalmış Ukraynaya dəstək üçün minlərlə telefonun parıltısı bu tədbirə xüsusi rənglər əlavə etdi.
2015-ci ildən Vilnüs Milad bayramında bəzədilmək üçün nəhəng küknar ağacının kəsilməsindən imtina edib. Bundan sonra işıqlardan və küknar budaqlarından hazırlanan kompozisiyalar diqqət mərkəzinə gəlib.
Builki kompozisiya hündürlüyü 25 metr, diametri 22 metr olan üçmərtəbəli “tort”dur. Kompozisiyanın konturu 10 km uzunluğu olan barokko ornamentli çələnglə təsvir edilmişdir. “Tort”un üç ağ təbəqəsi dekorativ şamlarla bəzədilib, hər birinin içərisində qızılı mirvari var. “Milad gözəli”nin özü isə 6000 küknar budağından ibarətdir.

Tahir Həsənov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024