Mobil versiya
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 30-11-2022 | Saat: 20:44
Bölmə:Səhiyyə | çapa göndər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 571 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 195, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 47 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 922 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 962, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 605, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 945 nəfər təşkil edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024