Mobil versiya
Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir
Tarix: 29-11-2022 | Saat: 11:46
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir

Yeni Azərbaycan Partiyasının yaradılmasından ötən 30 illik zaman məsafəsi dünənimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür.Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib."Bu gün biz Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü qeyd edirik. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm.Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, milli ənənələrə, azərbaycançılıq ideyalarına sadiqdir”.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan hazırda yeni və uğurlu bir yola qədəm qoyub. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən hər zaman əsas məqsədi dövlətin suverenliyinin təmin olunması, xalqın rifahının yüksəldilməsi və torpaq bütövlüyümüzün təmin edilməsi olub.Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra gərgin və mürəkkəb mərhələdən keçmişdir. Siyasi səriştəsizlik, kənardan müxtəlif müdaxilələr, ermənilərin əsassız torpaq iddiaları və iqtisadi böhran ölkəndə gərginliyi artıran amillər idi. Belə bir gərgin vəziyyətdən çıxmaq üçün yüksək siyasi təcrübəli şəxsin rəhbərliyinə ehtiyac vardı. Bu səbəbdən də, sonralar “91-lər” kimi tanınmış müxtəlif sahələrdə çalışan bir qrup ziyalı o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədri Ümummilli Lider Heydər Əliyevə müraciət ünvanlayaraq yeni yaradılacaq siyasi partiyaya onun rəhbərlik etməsini istədilər. Bakıya gəlməsi mümkün olmadığından 550 nəfərlik təşəbbüs qrupu Naxçıvana getdi və Ulu Öndər Heydər Əliyevin sədrliyilə təsis konfransı 1992-ci ilin 21 noyabrında keçirildi. Təsis konfransından 7 ay sonra Ulu Öndər Heydər Əliyev xalqın istəyilə Bakıya gələrək parlamentə sədr və 11 ay sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkədə vətəndaş müharibəsinə, dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, hüquqi-siyasi və sosial-iqtisadi islahatlar, ordu quruculuğu həyata keçirildi. Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycan dövlətçiliyinin çox möhkəm əsasları qoyuldu. Bu mənada, 1993-2003-cü illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. 2003-cü ildən sonra Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə isə ölkə iqtisadiyyatı 3 dəfədən çox artdı. Bu gün artıq Azərbaycan nəinki regionda, hətta Avropada, Asiyada nüfuzlu ölkəsinə çevrilib.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə aparır.Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzu, iqtisadi və siyasi gücü 30 ildə görülən işlərin, qazanılan uğurların məntiqi nəticəsidir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycana qarşı əks mövqe nümayiş etdirən dövlətlər beyəlxalq təsisatlarda Azərbaycanın əleyhinə hər hansı bir sənədin qəbul olunmasına nail ola bilmirlər. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin günü-gündən artan nüfuzunun və gücünün təzahürüdür.Sonda cənab Prezidentimiz YAP-ın yubleyini qeyd edərkən Ulu Öndərin xatirəsinin anılmasını xüsusi vurğulayıb .O qeyd edib ki,Ulu Öndərin həyatı,fəaliyyəti bir fədakarlıq nümunəsi idi.Ulu Öndərin başa çatdıra bilmədiyi işi onun davamçıları başa çatdırdı.Bu Qarabağ problemi idi.Biz bir olub bu problemi 44 gün ərzində həll etdik.Bu gün Azərbaycan xalqı müzəffər xalqdır ,qalib dövlətdir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024