Mobil versiya
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təməlində duran siyasi irsi
Tarix: 29-11-2022 | Saat: 09:57
Bölmə:Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təməlində duran siyasi irsi

Heydər Əliyev yüksək mənəviyyatı, geniş mədəniyyəti, ali intellektual səviyyəsi olan bir siyasətçi, nadir diplomat və böyük dövlət xadimi idi. Xalq, dünya, zaman və tarix artıq ona layiqli qiymətini vermiş -onu Azərbaycanın ləyaqət etalonu, qüruru ,varlığının mənəvi təcəssümü etmişdir ."Heydər xalq, xalq-Heydər" şüarı onunla xalq arasındakı vəhdətin əbədi ifadəsidir. Heydər Əliyev fenomeni, onun dövlətçiliyimiz tarixində müqayisəyə gəlməz xidmətləri bir örnək olaraq öyrənilmiş ,öyrənilir ,oyrəniləcəkdir .Onun ölkəmizə rəhbərlik etdiyi bu tarixi mərhələ -müstəqil Azərbaycan dövlətinin yaranması, qurulması və inkişafı, dövlət quruculuğumuzun hüquqiləşdirilməsi , cəmiyyətimizin demokratikləşdirilməsi, dünya azərbaycanlılarının ümummilli işbirliyinin qurulması, ölkəmizin dünya dövlətləri sırasına qalxması mərhələsidir. Siyasətdə müdriklik ,həyatda praqmatiklik ,dövlət idarəçiliyində ustalıq Heydər Əliyev siyasətinin ana xətti oldu .Siyasətşünaslar arasında belə bir deyim var ki,"tarix keçmiş siyasətdir, siyasət isə hazırkı tarixdir". Heydər Əliyev müasir siyasətimizi və tariximizi özündə birləşdirən dahi bir şəxsiyyətdir .Bu səbəbdən onun haqqında ,onun siyasəti haqqında yazmaq -tarixi qələmə almaq qədər çətin və məsuliyyətlidir .
Məlum olduğu kimi xarici və daxili siyasətin istiqamətlərini ,xarakter və prinsiplərini dövlət başçısı müəyyənləşdirir. O, ölkəsinin çiçəklənərək inkişafı və təhlükəsizliyini təmin etmək üçün onun ətrafında əlverişli beynəlxalq şərait yaradır ,xalqın bütövlüyünü təmin edir ,iqtisadi əsaslar formalaşdırır və.s. Dovlətin mənafeyi əsas kimi götürülür və o,imkan daxilində beynəlxalq birgəyaşayış normalarına uyğun olaraq xarici aləmin maraq və mənafeləri ilə uzlaşdırılır .Milli maraqların təmin edilməsi ,həmçinin xalqın birliyinin ,tamlığının ideoloji əsası kimi azərbaycançılıq ideologiyasının mühüm tərkib hissələrindən biri də Azərbaycan diasporunun yaradılması və onun təşkilatlandirilaraq istiqamətləndirilməsi idi.
Diasporun təşkilatlanmasını əsas vəzifə kimi bütün azərbaycanlıların və dövlət təşkilatlarının qarşısında qoyan Heydər Əliyev bunun üçün əlindən gələni əsirgəməmiş ,ən nəhayət diasporumuz mərhum Prezident Heydər Əliyevin səyləri nəticəsində 2001-ci ilin noyabrın 9-da Bakıda çağrılan "Dünya azərbaycanlılarının 1-ci qurultayı "adlı forumda öz mütəşəkkilliyini daha da gücləndirmiş və təşkilatlanmış ,bununla da uzun illər ərzində gedən bu proses öz müsbət nəticəsini vermişdir .Hər ilin dekabr ayının 31-ni Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi qeyd etmək haqqında qərar qəbul edilmişdir .Onun ölkəmiz və xalqımız üçün böyük mənəvi əhəmiyyəti danılmaz faktdır .O, ölkənin xarici siyasətində ən mühüm faktorlardan ,aparıcı qüvvələrdən birinə çevrilmişdir .Bu münasibətlə etdiyi son müraciətində bu bayramın xalqımız üçün əhəmiyyətini açıqlayan ulu öndərimiz bildirmişdir :--"Hər bir azərbaycanlı üçün əziz olan bu tarixi gün milli şüurumuzun və azadlıq mübarizəmizin güclənməsinin məntiqi meyvəsi olaraq ,meydana çıxmış ,xalqımızın dirçəlişini ,tərəqqisini və milli birliyini əks etdirərək ,soydaşlarımızı öz tarixi vətəni ,milli mənliyi ,öz taleyi üçün düşünməyə dəvət edir ."
Bu gün Müstəqil Azərbaycan Respublikasında dünya azərbaycanlılarının birlik və həmrəylik problemi dövlət siyasəti səviyyəsinə qaldırılmış, Azərbaycan diasporunun formalaşdırılması, dünya azərbaycanlılarının bir-biri ilə və tarixi vətənlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsi məsələləri bilavasitə gündəliyə gəlmişdir.

Cəmilə Nəcəfova
YAP Laçın Rayon Təşkilatının 35 saylı
ƏPT sədr müavini
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024