Mobil versiya
İrlandiyanın paytaxtında ukraynalı qaçqınların yerləşdirilməsinə qarşı etiraz aksiyası keçirilib
Tarix: 29-11-2022 | Saat: 09:00
Bölmə:Özəl / Dünya | çapa göndər

İrlandiyanın paytaxtında ukraynalı qaçqınların yerləşdirilməsinə qarşı etiraz aksiyası keçirilib

Dublin sakinləri bir neçə yüz ukraynalı qaçqının öz şəhərlərində yerləşdirilməsinə etirazlarını bildirmək üçün paytaxt küçələrinə çıxıblar. Bu barədə “Irish Mirror” xəbər verir. Xəbərdə deyilir ki, etiraz aksiyası Dublinin mərkz rayonu olan İst-Uollda baş tutub. Yüzlərlə insan hökumətin hərəkətlərinə etirazlarını bildirmək üçün yerli sakinlərə qoşulub.

aia.az xəbər verir ki,nəşrin yazdığına görə, bu ərazidə yerləşən xüsusi uyğunlaşdırılmış köhnə binada 380 nəfərin yerləşdirilməsi nəzərdə tutulur, lakin “yerli sakinlər bu yerdə belə sayda qaçqının cəmləşməsindən razı deyillər”.
Şəhərin İnteqrasiya Departamentindən verilən məlumata görə, hazırda binada 100 ukraynalı yaşayır və onların hamısı “tənha kişilər”dir. Digər qaçqınların isə artıq ailələri ilə birlikdə gələcəyi gözlənilir.
Münaqişəni həll etmək üçün İrlandiyanın inteqrasiya naziri Roderick O'Qorman və şəhər rəsmisi Pascal Donoxyu İst-Uoll sakinləri ilə görüşüblər. Hökumət nümayəndələri etirazçılara qaçqınların onların ərazilərində yerləşdirilməsinin "beynəlxalq fövqəladə vəziyyətə" cavab olaraq verilən "böhran reaksiyası" olduğunu bildiriblər."
Hazırda İrlandiyaya 62 mindən çox ukraynalı gəlib və yerli hakimiyyət orqanlarının məlumatına görə, dekabrın sonuna bu rəqəm 72 minə çata bilər.

Cəmil



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024