Mobil versiya
Kollecin müəllimləri I Qarabağ şəhidinin ailəsini yad etdilər. -Foto
Tarix: 27-11-2022 | Saat: 16:54
Bölmə:Siyasət | çapa göndər

Kollecin müəllimləri I Qarabağ şəhidinin ailəsini yad etdilər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi, bununla da beynəlxalq hüququn norma və prinsipləri, tarixi ədalət bərpa olundu. Bu Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldərək bugünkü və gələcək nəsillərin qürur mənbəyinə çevrildi. Bu gün Azərbaycanda şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin xüsusi diqqət və qayğısı var və bu diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyev ortaya qoyur. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında dövlətimiz Qarabağ müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir.
27 noyabr 2022-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllimləri I Qarabağ şəhidi Fərzullayev Əbülfət Oruc oğlunun ailəsinə baş çəkdilər. Kollecin şəhid məzunu Əbülfət Oruc oğlu Fərzullayev 12 yanvar 1973-cü ildə Lənkəran rayonu Moloja kəndində anadan olmuşdur. 1980-cı ildə Moloja kənd məktəbinin I sinfinə getmiş, Osaküçə məktəbində orta təhsilini başa vurmuşdur. 1991-ci ildə Lənkəran Kənd Təsərrüfatı Texnikomunun (indiki LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollec) “Muhasibatlıq” ixtisasına qəbul olmuşdur. I Qarabağ döyüşləri başlayan kimi təhsilini yarımçıq qoyaraq könüllü cəbhəyə yollanır. Torpaqlarımızın ermənilərdən geri alınması uğrunda ölüm-dirim savaşına qatılan Əbülfət Fərzullayev 1992-ci ildə Ağdərə uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olaraq itkin düşür və bu günə qədər nəşi tapılmamışdır. Söhbət zamanı şəhidin atası Oruc kişi və anası Zərifə xanım övladlarının keçdiyi döyüş yolundan fəxarət hissi ilə danışaraq Əbülfətlə fəxr etdiklərini bildirdilər. Kollecin müəllimləri tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Zakir Ramazanlı, Sosial Xidmətlər Agentliyinin Lənkəran–Astara regional filialının müdiri Ramin Hüccətov və Moloja kənd ziyalısı, təqaüdçü müəllim Azad Hüseynov şəhidin keçdiyi döyüş yolundan söz açaraq bildirdilər ki, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan dövləti hər zaman qəhrəman oğullarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. I və II Qarabağ müharibəsində eləcə də Aprel savaşında qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə hər zaman borcluyuq. Şəhidlər ölməz, Vətən bölünməzdir! İllər ötsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq hissi ilə yad edəcəklər. Şəhidlərin xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, qəlblərdə yaşayır. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim yaşadaq onların valideynlərini yad edək. Fikrimcə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun əsgər və zabitləri torpaqlarımızı düşməndən azad etməklə I Qarabağ şəhidlərinin qanını yerdə qoymadı, qisasları alındı.
Son illərdə Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin davamlı qayğısının bariz nümunəsidir.
Cəmil Quliyev,
Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024