Mobil versiya
Şimal bölgəsinə qar yağıb
Tarix: 27-11-2022 | Saat: 12:34
Bölmə:Ölkə | çapa göndər

Şimal bölgəsinə  qar yağıb

Azərbaycanda hava şəraiti noyabrın 27-ə olan məlumata əsasən qeyri-sabit olub, yağıntılı keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən aia.az-a bildirilib ki, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Yağış Balakəndə 10.0 mm, Şahbuz, Ağdərədə 9.0 mm, Qaxda 8.0 mm, Şəmkirdə 6.0 mm, Şərurda 5.0 mm, Zaqatala, Naxçıvan, Culfada 4.0 mm, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, imişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3.0 mm-dək olub.

Gələn həftənin birinci yarısında qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024