Mobil versiya
Azərbaycan qalibdir, Ermənistan isə məğlubiyyətə məhkumdur
Tarix: 25-11-2022 | Saat: 20:58
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan qalibdir, Ermənistan isə məğlubiyyətə məhkumdur

Ermənistanın baş naziri Nikol Paşinyan elə bilir ki, Fransa və İran ermənipərəst mövqedən çıxış edirlərsə, o biri dövlətlərdən də eyni dəstəyi ala biləcək. Ancaq elə Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Paşinyanı yenə məyus edib. Paşinyan işini bildiyindən təşkilata üzv olan dövlət başçılarının İrəvandakı toplantısını açarkən “ermənilərin təşkilata ümidləri doğrulmayıb”, “KTMT indiyə qədər Azərbaycanın Ermənistana qarşı təcavüzünə münasibət bildirməyib” kimi cümlələr işlədib.

Paşinyanın belə çıxışı gözlənilən idi. Çünki toplantıdan bir neçə gün əvvəl üzv dövlətlərin rəsmiləri açıq-aydın bildirdilər ki, Azərbaycanla Ermənistan arasındakı məsələlərdə tərəf tutmayacaqlar.

aia.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

A.Əliyev qeyd edib ki, Ermənistan toplantıda Azərbaycan əleyhinə sənədlərin qəbuluna çalışıb. KTMT-yə üzv dövlətlərin liderləri isə bildiriblər ki, bölgədə sülhün əldə olunması vacibdir və bu işdə tərəflərə kömək etməyə hazırdırlar: “Bundan sonra Paşinyan təşkilatdan yenə küsüb və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. Nikol Paşinyan və onun tərəfdarları anlamırlar ki, Azərbaycanın hər yerdə dostları var və həmin dövlətlər Ermənistanın haqsız mövqeyini dəstəkləmək istəmirlər. Prezident İlham
Əliyev noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə bu barədə belə dedi: “Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibarlı tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir”. Bu açıqlamadakı fikirlər İrəvandakı toplantıda bir daha sübut olundu”.

Milli Məclisin sədr müavini qeyd edib ki, Azərbaycanın Ermənistan istisna olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün üzv dövlətləri ilə əməkdaşlıq, strateji tərəfdaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur: “Belə olan halda KTMT üzvləri niyə Ermənistanı müdafiə etməli və bununla Azərbaycanla münasibətlərə kölgə salmalıdırlar? Nikol Paşinyan heç kimə ümid etməsin, Ermənistan Azərbaycanla sülh sazişi imzalamayınca və ərazi iddiasından vaz keçməyincə xoş münasibət gözləməsin”.
Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinə yalvardığı saatlarda, Azərbaycan Prezidenti İlham Əliyev daha bir dost ölkəyə - Serbiyaya səfər etdi. Azərbaycanla Serbiya bir-birlərinin ərazi bütövlüklərini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirirlər. Nikol Paşinyan Serbiya Prezidenti Aleksandr Vuçiçin ölkəmiz və dövlət başçımız haqqında fikirlərini diqqətlə oxumalıdır: “Prezident İlham Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır. Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024