Mobil versiya
Prezident: “Bizə Avropanın 10-dan artıq ölkəsindən qaz həcminin artırılması ilə bağlı müraciətlər daxil olub”
Tarix: 25-11-2022 | Saat: 17:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident: “Bizə Avropanın 10-dan artıq ölkəsindən qaz həcminin artırılması ilə bağlı müraciətlər daxil olub”

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə Avropanın 10-dan artıq ölkəsindən qaz həcminin artırılması və ya qazın nəqli ilə bağlı müraciətlər daxil olub”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, hazırda biz bu müraciətləri nəzərdən keçiririk:

“Hazırda bizdə bütün tələbatı ödəmək üçün kifayət qədər qaz yoxdur. Bu səbəbdən biz dərhal, əsasən, artıq Azərbaycandan qaz alan ölkələrlə kommersiya danışıqlarına başlamalıyıq. Çünki boru kəmərləri artıq fəaliyyətdədir və zəruri hüquqi baza mövcuddur”.

Azərbaycan Prezidenti təchizat coğrafiyasının genişləndirilməsi haqqında danışarkən qeyd edib:

“Biz interkonnektorların inşası ilə bağlı Avropanın təşəbbüslərini tam dəstəkləyirik. Onların birinin açılışı mənim də iştirakımla oktyabrın sonunda Sofiyada baş tutdu. İkincisi, Bolqarıstan və Serbiya arasındadır ki, o, gələn il hazır olacaq. Biz, həmçinin Albaniya hökuməti ilə bu ölkədə qaz paylayıcı şəbəkəsinə sərmayə qoyuluşu üzərində fəal çalışırıq. Çünki Albaniyada belə bir şəbəkə mövcud deyil. Albaniya tranzit ölkəsidir. Lakin onların da daxili tələbatı ödəmək üçün qaza ehtiyacı var. Bundan başqa, üç Balkan ölkəsini əhatə edəcək İon-Adriatik boru kəmərinin tikintisi layihəsi var. Bunun üçün bütün iştirakçıların prosesə qoşulmasına ehtiyac var ki, bu istiqamətdə lazımi addımlar atılsın”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024