Mobil versiya
Səttar Möhbalıyev: “Prezidentimizin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin real nəticələrini görürük”
Tarix: 29-09-2022 | Saat: 12:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: “Prezidentimizin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin real nəticələrini görürük”

“Müdrik və qalib xalqımız Anım Günündə möhtəşəm həmrəylik nümayiş etdirdi. Hər bir vətəndaşımız, eləcə də ölkəmizdən uzaqlarda yaşayan, qəlbi hər zaman Vətən eşqi ilə döyünən soydaşlarımız bizi qalib xalqa çevirən, bu yolda canından keçən qəhrəman əsgər və zabitlərimizi qürurla andı. 27 sentyabr tarixində insanlarımız şəhidlər xiyabanlarına, şəhid məzarı olan qəbirstanlıqlara üz tutaraq onların əziz xatirəsini ehtiramla yad etdi, ruhlarına dualar oxudu, qəbrləri üzərinə gül dəstələri düzdü. Həmçinin şəhid ailələri ilə görüşlər təşkil edildi, onlara mənəvi dəstək göstərildi. Bu, bir daha onu təsdiqəyir ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi naminə şəhid olan oğul və qızlarımızı xalqımız heç vaxt unutmayacaq, qəlbində və tarixində müqəddəs dəyər kimi qoruyub saxlayacaq”.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, 27 sentyabr tarixi həm də Zəfərə gedən yolun başlanğıcı, milli iradənin, ləyaqətin təntənəsidir: “Məhz Azərbaycan əsgərinin Zəfər salnaməsi, qəhrəmanlıq dolu dastanı həmin gündən yazılmağa başladı. Qeyd edim ki, şəhidlərimiz, qazilərimiz, veteranlarımız hər zaman dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqətindədir. Elə bir görüş, elə bir tədbir yoxdur ki, orada Prezidentimiz əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs etməsin, şəhidlərimizi xatırlamasın. Möhtərəm Prezidentimizin Vətən müharibəsinin başladığı günün Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncamı şəhid ruhlarına, onların doğmalarına göstərilən ali ehtiramın təzahürüdür. Prezident Anım Günü Vətən müharibəsində ilk şəhidlər verdiyimiz Füzuli rayonunun Qaraxanbəyli kəndinə getdi. Orada şəhidlərimizin xatirə lövhəsini ziyarət etdi, onların rəşadətindən, şücaətindən qürurla danışaraq müqəddəs ruhlarına ehtiram nümayiş etdirdi. Əminik ki, yenilməz Azərbaycan Ordusunun 44 gündə göstərdiyi misili görünməmiş qəhrəmanlıqlar hər zaman xalqımızın qəlbində yaşayacaq. Bu gün biz mütəqil ölkəyə sahibik, suveren dövlətimiz var. Xalqımız bu nailiyyətlərə məhz qəhrəman oğul və qızlarının danılmaz xidmətləri sayəsində imza atıb”.

“Şəhidlərimizin canı, qanı bahasına işğaldan azad edilmiş torpaqlarımızda misili görünməmiş yenidənqurma-bərpa işləri sürətli və sistemli şəkildə davam etməkdədir. Dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq Şərqi Zəngəzura və Qarabağa səfərlər edərək görülən işlərlə yerində tanış olur. Dövətimiz sakinlərin öz ata-baba yurduna tezliklə qayıtması üçün səylə çalışır. Bu ərazilərdə su elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış kompleksləri tikilir, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. Demək olar ki, bəzi işlər yekunlaşıb. Buna Şuşaya gedən Zəfər yolunun salınmasını, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini, Zəngilanda Ağalı kəndinin bərpasını, azad olunmuş bütün ərazilərdə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan yarımstansiyaların inşasını, dağ çayları üzərində elektrik stansiyalarının tikilməsini misal çəkə bilərik. Sentyabrın 27-28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti dəfə səfər etdilər, şəhərdə inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Həmçinin dövlətimizin başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verildi. Bu, onu göstərir ki, görülən işlərə Prezidentimiz şəxsən nəzarət edir. Bir sözlə, biz müzəfər Ali Baş Komandanın “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin real nəticələrini görürük”, - Milli Məclisin deputatı vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə