Mobil versiya
Rusiyada daha bir təhsil müəssisəsində insident: Tələbə silahla universitetə girmək istədi
Tarix: 29-09-2022 | Saat: 11:03
Bölmə:Dünya | çapa göndər

Rusiyada daha bir təhsil müəssisəsində insident:

Rusiyada 2-ci kurs tələbəsi universitetə ​​odlu silah və bıçaq gətirib.

aia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Timiryazev adına Moskva Dövlət Aqrar Universitetində baş verib.

Mühafizəçilər kəmərində bıçaq olan gəncin universitetə ​​yaxınlaşdığını görüblər. Onun Biologiya fakültəsinin 19 yaşlı tələbəsi Yuri Svetkov olduğu məlum olub. Gənc yerindəcə saxlanılıb və üzərində axtarış aparılıb.

Tələbənin üzərində bir neçə bıçaq və pnevmatik tapança aşkarlanıb. Svetkov silahı özünümüdafiə məqsədilə üzərində gəzdirdiyini iddia etsə də, inandırıcı olmayıb.

Gənc polisə təhvil verilib və yaxın vaxtlarda dindiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə