Mobil versiya
İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi
Tarix: 17-08-2022 | Saat: 14:29
Bölmə:Cəmiyyət | çapa göndər

İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda siyasi-iqtisadi sabitlik hökm sürmüşdür.Xalq-hakimiyyət birliyi ən yüksək səviyyədə nümayiş olunmuşdur.Prezident İlham Əliyevin daim müxtəlif bölgələrə səfər etməsi,rayonlarda gedən quruculuq-abadlıq işləri ilə yaxından tanış olub,mövcud vəziyyətlə maraqlanaraq bir sıra əlavə göstərişlər verməsi,onun rayonlarımız inkişafına göstərdiyi yüksək diqqətin nəticəsidir. Avqustun 12-də İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində oldu və bu barədə Azərbaycan Televiziyasına müsahibə verdi.İlham Əliyev müsahibəsində ilk olaraq onu bildirdi ki,onun Ağsu, İsmayıllı bölgələrinə səfərində məqsəd burada gedən işlərlə yaxından tanış olmaq və əlavə göstərişlər verməkdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı erməni qanunsuz silahlı birləşmələrinin son günlər Laçın rayonunda törətdiyi təxribatlara qarşı keçirilən “Qisas” əməliyyatının qısamüddətli, amma çox təsirli cəza tədbiri olduğunu bildirdi. Dedi ki, “Qisas” əməliyyatından sonra Ermənistan yüzlərlə hərbçisini Qarabağ bölgəsindən çıxarıb. Prezident bir daha erməni tərəfinə xəbərdarlıq etdi ki, yenidən oxşar təxribatlar olacağı halda, cavabımız da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, mövcud vəziyyət və gələcək perspektivlər barədə danışmışdır. Xüsusən də son günlərdə Laçın rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribatları və onlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi “Qisas” əməliyyatına dair bəyanatlar vermişdir. Azərbaycan Prezidenti əməliyyatı şəxsən dəyərləndirərək açıq şəkildə bəyan etdi: “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır.

Ermənistan rəhbərliyi anlamalıdırlar ki, bu gün danışıqlar masasında hər hansı bir statusdan söhbət gedə bilməz. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Odur ki, Qarabağda yaşayan ermənilər düzgün addım atmalı və başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Qarabağ həm tarixi nöqteyi-nəzərdən, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz tərkib hissəsidir.Möhtərəm Prezident qeyd etmişdir: “Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də ki, hansısa xüsusi imtiyazı olacaqdır. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”.İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir, amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib. Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir. Nəyə görə? Düzgün siyasətimizə görə. Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik. Qarabağda yaşayan ermənilər, onlar da gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər.

Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.Bizim gündəliyimizdə həm taktiki, həm də strateji addımlarımızın təsbit edilməsinin reallıq olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib: “Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar”. Bizim aramızda söhbət sərhədlərin dəqiqləşməsi, Zəngəzur dəhlizi və digər kommunikasiyaların bərpası istiqamətində aparılır. Azərbaycan tərəfi erməni vətəndaşlarının təhlükəsizliyinin və hüquqlarının qorunacağını ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Azərbaycan Konstitusiyasına əsasən, ölkə ərazisində yaşayan bütün vətəndaşların milli, dini mənsubiyyətindən asılı olmayaraq hamısının hüquq və azadlıqları bərabərdir. Azərbaycan dövləti bütün vətəndaşlarının hüquqlarını qoruyur. Azərbaycan qanunvericiliyində hər hansı bir etnik qrupa fərqli hüquq və azadlıqlar verilməsi nəzərdə tutulmur. Hər bir vətəndaş üçün eyni hüquq və azadlıqlar nəzərdə tutulub. Qarabağda yaşayan ermənilərin Azərbaycan ərazisində yaşayan başqa heç bir millətdən üstünlüyü yoxdur və ola da bilməz.

Prezident son çıxışı ilə bir də bu məsələyə nöqtə qoydu ki, Qarabağ mövzusu müzakirə predmeti ola bilməz.Ona görə mən gələcəyə nikbinliklə baxıram. Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatı, məsləhətçi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024