Mobil versiya
"Türkiyə Suriya böhranının siyasi həllinin tərəfdarıdır" - Çavuşoğlu
Tarix: 17-08-2022 | Saat: 08:52
Bölmə:Karusel / Dünya | çapa göndər

"Türkiyə Suriya böhranının siyasi həllinin tərəfdarıdır" -

Türkiyə həmişə Suriya münaqişəsinin siyasi həllinin tərəfdarı olub.

aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu latviyalı həmkarı Edqar Rinkeviçlə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

Çavuşoğlu bildirib ki, Suriyada davamlı sülh üçün döyüşən tərəflər arasında konsensusa nail olmaq lazımdır. “Suriya müxalifəti Türkiyəyə güvənir, lakin Suriyada sülh və sabitlik üçün konsensus lazımdır”, - deyə o, xüsusilə qeyd edib.

Türkiyə diplomatiyasının rəhbəri Ankaranın Suriyanın ərazi bütövlüyü və suverenliyini qətiyyətlə dəstəklədiyini də vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024