Mobil versiya
Putin Kim Çen Inı təbrik edib
Tarix: 15-08-2022 | Saat: 09:00
Bölmə:Dünya | çapa göndər

Putin Kim Çen Inı təbrik edib

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina İkinci Dünya Müharibəsində Yaponiyanın təslim olması ilə eyni gündə qeyd olunan Koreyanın azad edilməsinin 77-ci ildönümü münasibətilə təbrik teleqramı göndərib.

aia.az xəbər verir ki, V.Putin müraciətində çətin illərdə möhkəmlənmiş şanlı dostluq və əməkdaşlıq ənənələrinin Rusiya Federasiyası ilə KXDR arasında mehriban qonşuluq münasibətlərinin inkişafı üçün etibarlı əsas rolunu oynadığını vurğulayıb.

Rusiya prezidenti həmçinin hər iki ölkə xalqlarının mənafeyinə xidmət edəcək, Koreya yarımadasının və bütün Asiya regionunun sabitliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək ikitərəfli münasibətlərin hərtərəfli və konstruktiv inkişafını davam etdirməyə hazır olduğunu vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024