Mobil versiya
Prezident: “Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır”
Tarix: 09-08-2022 | Saat: 17:01
Bölmə:Manşet / Ölkə | çapa göndər

Prezident: “Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır”

“Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb, onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil”.

“Report”un xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

“Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda özlərini təsdiqləyiblər. Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Bizim qələbələrimiz olimpiya, dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib”, - Prezident vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024