Mobil versiya
Qazaxda şəhid Elməddin Nəsibovun əiziz xatirəsi yad edildi
Tarix: 08-08-2022 | Saat: 16:15
Bölmə:Ölkə | çapa göndər

Qazaxda şəhid Elməddin Nəsibovun əiziz xatirəsi yad edildi

08 avqust 2022-ci il tarixdə YAP Qazax rayon təşkilatı Aparatının işçiləri, partiya fəalları tərəfindən İkinci Qarabağ müharibəsi şəhidi Elməddin Yusif oğlu Nəsibovun doğum günündə xatirəsi ehtiramla yad edildi.

AİA.Az xəbər verir ki,mərasim iştirakçıları rayonun Ağköynək kənd qəbiristanlığında uyuyan şəhidimizin məzarını ziyarət edərək qəbri üstünə qərənfillər düzdülər və ruhuna dualar oxudular.

Ziyarət zamanı çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirdi ki, Möhrətəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza möhtəşəm qələbə sevinci bəxş etdi. Bu qələbə sevincini bizlərə yaşadan oğullarımızdan biri də Elməddin Nəsibovdur. O, şərəfli bir döyüş yolu keçmişdir. Elməddin Nəsibov göstərdiyi igidliyə və şücaətə görə  "Vətən uğrunda", Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Onun göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə nümunədir. Qədirbilən xalqımız və dövlətimiz müqəddəs şəhidlərimizin əziz xatirəsini həmişə uca tutur, şəhid ailələrinə və qazilərə daim yüksək səviyyədə diqqət və qayğı göstərir.

A.Nəbiyev son günlər cəbhədə baş verən hadisələrə də toxunaraq qeyd etdi ki, Müzəffər Azərbaycan Ordusu hər an hər cür təxribatların qarşısını almağa qadirdir. Bu günlərdə keçirilən “Qisas” əməliyyatı da bunu bir daha sübut etdi. Güclü və dayanqlı iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya malik Azərbaycan qarşısında revanşist qüvvələr heç nəyə nail ola bilməz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024