Mobil versiya
Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
Tarix: 06-08-2022 | Saat: 12:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı

Bolqarıstan yaranmış fövqəladə vəziyyətlə əlaqədar Rusiya vətəndaşları üçün turist vizası və əmlak sahibləri üçün viza verilməsini müvəqqəti olaraq dayandırıb.

AİA.Az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

"İşçi çatışmazlığı səbəbindən Rusiyanın Bolqarıstandakı səfirliyinin konsulluq xidməti və Varnadakı Baş Konsulluğu işini qismən dayandırıb. Həmçinin Rusyadakı Baş Konsulluğu fəaliyyətini dayandırıb. Bolqarıstanın Yekaterinburqdakı Baş Konsulluğu müvəqqəti bağlanıb", - deyə məlumatda bildirilir.

Eyni zamanda, Moskva, Yekaterinburq və Sankt-Peterburqdakı Bolqarıstanın viza mərkəzləri (o cümlədən regional viza mərkəzləri) "texniki səbəblərə görə" martın 25-dən etibarən konsulluq rüsumu ödənilməklə rusların müraciətlərini qəbul etmir.


Qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın 14 diplomatını ölkədən çıxarmaq barədə qərar verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024