Mobil versiya
Qurbanovla Çerçesov oyundan sonra nə danışıb?
Tarix: 04-08-2022 | Saat: 14:28
Bölmə:İdman | çapa göndər

Qurbanovla Çerçesov oyundan sonra nə danışıb?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la Bakıda keçirilən oyundan (1:1) sonra rəqib komandanın baş məşqçisi Stanislav Çerçesovla aralarındakı dialoqdan danışıb.

Qurbanov rusiyalı məşqçi ilə Ovusu Kvabenanın epizodu ilə bağlı danışdıqlarını bildirib:

"Kiçik dialoq oldu. Emosiyalara görə, elə görünürdü ki, hirslənmişdi. Amma hirslənməmişdi. Ovusunun epizodu ilə bağlı danışdıq. Bildirdi ki, topu qapıya vurmaq istəyirdi. Dedim ki, narahat olma, qol olsaydı, biz də buraxacaqdıq".

Qeyd edək ki, sözügedən epizodda Kvabena topu rəqibə qaytarmaq istəyərkən "Ferentsvaroş"un qapısı qarşısında təhlükəli vəziyyət yaranıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024