Mobil versiya
Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri - AÇIQLAMA
Tarix: 04-08-2022 | Saat: 13:13
Bölmə:Gündəm | çapa göndər

Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri

Xırdalanda binada ötən gün baş verən partlayış zamanı yaralanan şəxslərin son vəziyyətləri açıqlanıb.

Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsindən AİA.Az-a verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya daxil olan hər iki şəxsin vəziyyəti ağırdır.

Bildirilib ki, yaralılar reanimasiya şöbəsinə yerləşdirilib.

Klinik Tibbi Mərkəzdən saytımıza verilən məlumata görə, mərkəzə daxil olan iki nəfərin vəziyyətində ciddi problem olmadığından onlar evə buraxılıb:

“Hadisə yerindən Klinik Tibbi Mərkəzə üz tutanlardan biri barotravma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 2001-ci il təvəllüdlü bir nəfər isə tüstüdən boğulma şübhəsi ilə Toksikologiya şöbəsinə yerləşdirilib. Həmin şəxsin səhhətində hər hansı ciddi problem görülmədiyinə görə sonradan evə buraxılıb”.

Qeyd edək ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. İlkin ehtimala görə, hadisə beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində xəsarət alanlardan ikisi Nərimanov Tibb Mərkəzinə, ikisi isə KTM-ə yerləşdirilib.

Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Hadisə ilə bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024