Mobil versiya
Samux rayonunda 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi - FOTO
Tarix: 27-05-2022 | Saat: 20:22
Bölmə:Ölkə | çapa göndər

Samux rayonunda  28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi

YAP Samux rayon təşkilatının akt zalında 27 may 2015-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi.

YAP üzvlərinin iştirak etdikləri tədbirdə Samux rayon İcra Hakimiyyətinin Baçşısı Alı Qocayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, müsəlman Şərqində ilk demokratik respublikanın 23 aydan sonra süquta uğramasının səbəblərindən danışdı.Natiq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini vurğuladı.

Tədbirdə Yeni Azərbaycan Partiyasının fəal üzvləri Dilarə Əsgərova, Gülvin Babayeva və Əfqanə Umani çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini qeyd etdilər.Onlar Azərbaycanın daha parlaq sabahına böyük inamı ifadə edərək vurpuladılar ki,xoşbəxt o xalqdır ki, onun Ümummilli Lideri var. Xalq o zaman xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir. Bu baxımdan Azərbaycan xalqı həqiqətən xoşbəxtdir. Ümummilli liderin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirilir
Tədbirin sonunda 28 May –Respublika gününə həsr edilmiş Bilik yarışında I yeri qazanmış Qarayeri 2 saylı məktəbin komandasına diplom, kubok və qiymətli hədiyyələr təqdim edildi.

Daha sonra isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunan II Qarabağ Müharibəsinin iştirakçıları Qurban Həsənova “Füzulinin azad olunmasına görə”, Rüstəm Ramizliyə “Füzulinin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə”, Müharib Qurbanova “Füzulinin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları təqdim edildi.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024