Mobil versiya
Azərbaycanda daha 3 nəfər COVID-19-a yoluxdu - 2 nəfər vəfat etdi
Tarix: 26-05-2022 | Saat: 16:52
Bölmə:Səhiyyə | çapa göndər

Azərbaycanda daha 3 nəfər COVID-19-a yoluxdu -

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 792 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 978 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib, aktiv xəstə sayı 45 nəfərdir.

Ölkədə son sutka ərzində 2 692, hazırkı dövrədək isə 6 883 123 test aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024