Mobil versiya
Kollecdə “QİÇS–lə mübarizə”mövzusunda tədbir keçirildi - FOTOLAR
Tarix: 26-05-2022 | Saat: 16:01
Bölmə:Cəmiyyət | çapa göndər

Kollecdə “QİÇS–lə mübarizə”mövzusunda tədbir keçirildi


26 may 2022–ci il tarixində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Səhiyyə Nazirliyi Respublika QİÇS–lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasının müdiri Gülşən İsmayılova və laborant Nərminə Zəkiyevanın tələbələrimizlə görüşü baş tutdu.

Görüşdə ilk olaraq Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva QİÇS haqqında ətraflı məlumat verərək bildirdi ki, QİÇS-in ümumbəşəri problem olduğunu və hər bir cəmiyyət nümayəndəsinin buna qarşı mübarizə aparmasının vacibliyini qeyd etdi. QİÇS və müxtəlif yoluxucu xəstəliklərlə mübarizənin və maarifləndirmə tədbirlərinin mütəmadi həyata keçirilməli olduğunu vurğuladı.

Tədbirdə çıxış edən laboratoriya müdiri Gülşən İsmayılova İİV/QİÇS xəstəliyinin tarixi və onun mübarizə üsulları haqqında geniş mühazirə ilə çıxış etdi. Profilaktik tədbirlər sayəsində tək QİÇS–in deyil, müxtəlif yoluxucu xəstəliklərin geniş yayılmasının qarşısının alındığını, beynəlxalq aləmdə və ölkəmizdə İİV/QİÇS xəstəliyinə yoluxan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi və bu sahədə qanunvericilik prosesi haqqında məlumat verərək bu xəstəliyə yoluxan şəxslərin diskriminasiyaya məruz qalmamalı olduğunu vurğuladı.

Daha sonra İİV/QİÇS haqqında tələbələrimizin fikirləri dinlənildi. Sonda müəllim və tələbə heyəti arasında könüllü və kütləvi İİV/QİÇS skrininq müayinəsi keçirildi.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024