Mobil versiya
"Yeni əməliyyatlarla cavab verəcəyik" - Ərdoğandan XƏBƏRDARLIQ
Tarix: 26-05-2022 | Saat: 09:10
Bölmə:Manşet / Dünya | çapa göndər

"Yeni əməliyyatlarla cavab verəcəyik" -

“Əsgərlərimizin bir damla qanını yerdə qoymadıq və qoymayacağıq. Bu xain hücumlara yeni əməliyyatlarla cavab verməyə davam edəcəyik”.

aia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, basketbol üzrə Avropa Liqasının çempionu “Anadolu Efes” klubunun menecerlərini, texniki komitəsini və idmançılarını qəbul edərkən bildirib.

Dövlət başçısı İraqın şimalında keçirilən “Pəncə-Qıfıl” əməliyyatında şəhid olan beş əsgərə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, dünən PKK terrorçuları ilə əməliyyat bölgəsində baş verən qarşıdurmada beş türk əsgəri şəhid olub, iki əsgər isə yaralanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024