Mobil versiya
"Meymunçiçəyi bədəndə 10 həftəyə qədər qala bilər" - Alimlərdən AÇIQLAMA
Tarix: 25-05-2022 | Saat: 10:43
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

"Meymunçiçəyi bədəndə 10 həftəyə qədər qala bilər" -

İlk dəfə Afrikada ortaya çıxan və son həftələrdə Amerika, Avropa və Avstraliyaya yayılan meymunçiçəyi virusu ilə bağlı araşdırmalar davam edir.

"Unikal" xəbər verir ki, İngiltərədəki elm adamları 2018-2021-ci illər arasında meymunçiçəyi virusu hallarını araşdırarkən çox maraqlı nəticə ilə qarşılaşıblar. Buna uyğun olaraq xəstəliyin 10 həftə bədəndə qala biləcəyi müəyyən edilib. Mütəxəssislər vurğulayıblar ki, çiçək xəstəliyinə bənzər səpgilər yox olduqdan sonra da virus orqanizmdə qala bilər.

Müayinələrdə Nigeriyada xəstəliyə yoluxan 40 yaşlarında bir kişinin 76 gün sonra da hələ də müsbət olduğu müəyyən edilib.

Xəstənin 10 həftəlik müddət ərzində "virusu ötürmə riskini" daşıyıb-daşımadığı bəlli olmasa da, ekspertlər bunun "ən böyük cavabsız sual" olaraq qaldığını vurğulayıblar.

Mütəxəssislər araşdırmadameymun çiçəyivirusunun uşaqlarda nadir olduğunu da izah ediblər.

Tədqiqatlara həmçinin meymunçiçəyinin müalicəsi üçün rəsmi icazə verilməyən "Tecovirimat"ın yoluxmuş bir xəstənin 2021-ci ildə sağalmasına və yalnız bir həftəlik müalicədən sonra xəstəxanadan buraxılmasına kömək etdiyinə dair məlumatlar bildirilib.

Meymunçiçəyi Avropa, Amerika, Avstraliya, Afrika və nəhayət Asiyada öz təsirini göstərməkdə davam edir.

Nəhayət, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Qərbi Afrikadan olan 29 yaşlı qadında meymunçiçəyi virusunun aşkarlandığı açıqlanıb.

Hava hissəcikləri ilə ötürülən xəstəliyin əlamətlərinə yüksək hərarət, baş ağrısı, əzələ və bel ağrıları, limfa düyünlərinin şişməsi daxildir. Ən bariz simptom üzdə, ayaq altı və ovuclarda şişkinlik kimi tanınır.

Adətən yüngül simptomlarla keçsə də, bəzi hallarda ölümcül ola bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə