Mobil versiya
Birinci vitse-prezident Mehriban Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib
Tarix: 25-01-2022 | Saat: 12:43
Bölmə:Manşet / Gündəm | çapa göndər

Birinci vitse-prezident Mehriban Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında etdiyi paylaşımda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib.

aia.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz Fatma xanım!

Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə ən xoş arzularımı çatdırıram! Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik! Uca Tanrı Sizə bundan sonra da tükənməz enerji, gümrahlıq və nikbinlik dolu neçə-neçə illər bəxş etsin. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, nurlu, xoş günlər və səadət arzulayıram!

Dərin hörmətlə,
Mehriban"

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024