Mobil versiya
Kürdəmirdə yeni nov kanallar quraşdırılıb - FOTOLAR
Tarix: 25-01-2022 | Saat: 10:03
Bölmə:Ölkə | çapa göndər

Kürdəmirdə yeni nov kanallar quraşdırılıb


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov aia.az-a bildirib ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi ümumi uzunluğu 1285 km-dən çox olan olan magistral və təsərrüfatdaxili kanalların, 1002 ədəd müxtəlif növ hidrotexniki qurğuların, nasos stansiyaların və digər obyektlərin istismarı ilə məşğul olur. Ötən il xidməti ərazidə 66200 hektar kənd təsərrüfatı əkinləri və həyatyanı sahələrin suvarılması işləri yerinə yetirilib . Əkinlərin suvarılması Yuxarı Şirvan Kanalından öz axımı ilə, Girdiman və Kür çaylarından mexaniki üsulla həyata keçirilir. Kənd təsərrüfatı əkinlərinin vaxtlı-vaxtında və lazımı qədər suvarılma suyu ilə təmin olunması üçün ötən il qrafikə uyğun olaraq idarənin balansında olan suvarma kanallarının texnikalarla lildən təmizlənməsi işləri həyata keçirilib.

Kürdəmir Suvarma sistemləri İdarəsi tərəfindən 2021-ci ildə 2 min kubmetr lildən təmizləmə işləri görülüb. İdarənin xidməti ərazisi üzrə ümumilikdə balansda olan kanalların 830 km hissəsi lildən təmizlənib. Bundan başqa Şilyan (Qarasu) nov kanalının 1 km hissəsi üzərindəki hidrotexniki qurğularla birlikdə əsaslı təmir olunaraq həmin hissədə olan bütün köhnə yararsız novlar yenisi ilə əvəz olunub. Nəticədə sızma itkilərinin qarşısı alınaraq Qarasu kəndinin su təminatı yaxşılaşdırılıb. Bu il də həmin kanalın 1,6 km hissəsində yararsız novlar yenisi ilə əvəz olunacaq.

Əlavə olaraq bildirək ki, ötən il ərzində Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən kanalların üzərindəki hidrotexniki qurğuların 97 ədədi, 3 ədəd elektrik mühərriki, 12 ədəd nasos və beton kanalların 6,4 km hissəsində cari təmir işləri aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024