Mobil versiya
İlham Əliyev: “Azərbaycan İkinci Qarabağ müharibəsində tam qələbə qazanıb”
Tarix: 27-09-2021 | Saat: 10:18
Bölmə:Manşet / Gündəm | çapa göndər

İlham Əliyev:


“Düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdu”.

aia.az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, bu namərd atəş nəticəsində mülki şəxslər, hərbçilər ilk saatlarda həlak olmuşdu.

“Mənim əmrimlə Azərbaycan ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı”, - deyə Prezident əlavə edib.

İlham Əliyev bildirib ki, Azərbaycan 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam qələbə qazanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024