Mobil versiya
Almaniyada seçkilərin ilkin rəsmi nəticələri açıqlandı
Tarix: 27-09-2021 | Saat: 09:05
Bölmə:Dünya | çapa göndər

Almaniyada seçkilərin ilkin rəsmi nəticələri açıqlandı


Almaniya Federal Seçki Komissiyası ölkədə keçirilən parlament (Bundestaq) seçkilərinin ilkin nəticələrini açıqlayıb.

aia.az-ın məlumatına görə, hazırda 299 dairədən 83 dairənin səsləri hesablanıb.

Məlumata əsasən, Almaniya Sosial Demokrat Partiyasına seçicilərin 24,8 faizi, Xristian Demokrat və Xristian Sosial İttifaqlar Blokuna isə 26,9 faizi səs verib.

Bildirilir ki, "Yaşıllar" partiyası 12,2 faiz, "Almaniya üçün Alternativ" partiyası 11,2 faiz, Azad Demokratik Partiya 10,8 faiz, Sol partiya 3,9 faiz səs toplayıb.

Digər partiyalara Alman seçicilərin cəmi 10 faizi səs verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024