Mobil versiya
44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusunun, xalqının gücü sayəsində qələbə qazanıldı - Türkiyəli hərbi ekspert
Tarix: 26-09-2021 | Saat: 11:43
Bölmə:Gündəm | çapa göndər

44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusunun, xalqının gücü sayəsində qələbə qazanıldı - Türkiyəli hərbi ekspert

Türkiyə və Azərbaycan əməkdaşlığı yeni bir hadisə deyil. Birinci Qarabağ müharibəsindən etibarən genişlənən əlaqələr bugünlərə qədər gəlib çatıb.

Bunu açıqlamasında tanınmış türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.

Ekspert bildirib ki, 44 gün davam edən müharibə dövründə Türkiyə Azərbaycana həm mənəvi, həm beynəlxalq hüquq çərçivəsində dəstək göstərdi:

“Müharibə zamanı Türkiyənin göstərdiyi mənəvi, siyasi, diplomatik dəstəklər, o cümlədən hərbi əməkdaşlıq müharibənin qələbə ilə bitməsinə təzahür etdi.

Ancaq burada əsas həqiqət odur ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusunun, xalqının gücü sayəsində qələbə qazanıldı. Türkiyə dost, qardaş olaraq etməli olduğu və əlindən gələn dəstəyi göstərdi.”

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının birinci ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024