Mobil versiya
Səhiyyə Nazirliyinin mütəxəssisi: MRT və KT diaqnostik müayinələri üçün bir sıra əks-göstərişlər mövcuddur
Tarix: 24-09-2021 | Saat: 16:30
Bölmə:Səhiyyə | çapa göndər

Səhiyyə Nazirliyinin mütəxəssisi: MRT və KT diaqnostik müayinələri üçün bir sıra əks-göstərişlər mövcuddur

Radiologiya anatomiyanı görüntü üsullarından istifadə edərək araşdıran tibb sahəsidir. Radioloqun təcrübəsi çox yaxşı anatomiya və patoloji biliklərə əsaslanır. O, görüntüləmə zamanı aşkar etdiyi anormal vəziyyəti öz biliyi daxilində müvafiq həkimə çatdırır. Anatomik morfoloji pozuntulara səbəb olan xəstəliklər radiologiyanın əsas mövzusudur. Nevroloq xəstədən maqnit rezonans tomoqrafiya müayinəsi tələb edir. Burada məqsəd başağrısını sübut etmək deyil, başağrısına səbəb olacaq bir anatomik pozuntunun olduğunu aşkarlamaqdır.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Xəyalə İsmayılzadə məlumat verib.

O, maqnit rezonans tomoqrafiya (MRT) ilə kompüter tomoqrafiyası (KT) arasındakı fərqlərdən danışıb: “Bu gün maqnit rezonans görüntüləmə və kompüter tomoqrafiyası instrumental diaqnostikanın ən informativ və yüksək dəqiqlikli üsullarıdır. Onların köməyi ilə bir çox xəstəliklərin diaqnozunun qoyulması asanlaşıb və beləliklə müalicə daha effektli olub. Hər iki üsul bədənin patologiyasını təsvir edir, ancaq MRT yumşaq toxumaların vəziyyəti haqqında məlumat verirsə, KT daha çox sümüklərin və digər sərt toxumaların sağlamlığını qiymətləndirmək üçün istifadə olunur. MRT və KT arasındakı əsas fərqlər cihazların işləmə prinsipi, şüalanmanın təbiəti və istifadə üçün göstərişlər başa düşüldükdə aydın olur. MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Cihaz impulsları göndərir, bədənin toxumaları müxtəlif gücü olan rezonansları qaytarır. MRT bu siqnalları toplayır və onlardan 3 ölçülü təsvirlər yaradır”.

Həkim-radioloq qeyd edib ki, MRT və KT diaqnostik müayinələri üçün bir sıra əks-göstərişlər mövcuddur: “KT şüaya bağlı işləyən cihazdır. Onun şüalanmanın DNT-də yaratdığı mutasiyalar hesabına sonrakı mərhələdə konserogen ehtimalının olduğunu nəzərə alaraq KT müayinəsindən yalnız həkim göstərişi əsasında keçilməlidir. Bu qaydanın istisnaları ola bilər. Yəni, həyati zərurət olduğu təqdirdə həkimin qərarı ilə müayinələr arasındakı müddət qısaldıla bilər. MRT müayinəsindən isə güclü maqnit sahəsinə əsaslanan diaqnostik üsul olduğundan 3 aylığa qədər hamiləliyi olan qadınlardan başqa hər kəs rahatlıqla istifadə edə bilər. MRT üçün əks-göstəriş isə orqanizmdə metal cihazlar olan xəstələrdir. Buna ürəyin süni ritm aparıcısı, metal qəlpələr, göz nahiyəsində yad metal cisim, orta qulağın elektron və ya ferromaqnit protezləri, iri metal daxili protezlər və baş-beyin damarların qan saxlayan sıxacları və s. misal göstərmək olar”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024