Mobil versiya
Azərbaycana qarşı “Pallone” kampaniyası ABŞ-ın xarici siyasət maraqlarına ciddi ziyan vurur - Piter Teys
Tarix: 04-08-2021 | Saat: 10:32
Bölmə:Siyasət | çapa göndər

Azərbaycana qarşı “Pallone” kampaniyası ABŞ-ın xarici siyasət maraqlarına ciddi ziyan vurur -

Azərbaycana qarşı “Pallone” kampaniyası ABŞ-ın xarici siyasət maraqlarına ciddi ziyan vurur. Bu düzəliş həqiqətən Amerika demokratik standartlarına zərbədir və Vaşinqtonun imicini bütün dünyada pozur.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

Ekspert bildirib ki, ABŞ Nümayəndələr Palatası “Pallone” düzəlişini təsdiq etməklə son otuz ildə ən böyük səhvlərdən birini etdi, Konqres üzvləri yenə də qarışıqlıq alovunu yandıran erməni təbliğatının və dezinformasiya kampaniyasının qurbanı oldular:

Bu qanun layihəsini qəbul etməklə ABŞ Konqresi erməni avtokratik liderlərinə öz həmvətənlərini soymağa davam etmələri və İrəvan rəhbərliyinin himayəsi altında narkotik və silah ticarətinin çiçəklənməsini təşviq etmələri, xaosun səviyyəsini artırmaları və daha da inkişaf etdirmələri üçün yaşıl işıq yandırdı.

ABŞ Konqresinin Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı mövcud ikitərəfli münasibətlərə dair müstəqil bir araşdırma aparmadığını, Konqres üzvlərinin xaosun, qarışıqlığın lehinə səs verdiyini və beynəlxalq qanunların pozulmasını dəstəklədiyini görmək çox dəhşətlidir.

Bu gün biz görürük ki, Vaşinqton Qafqaz bölgəsindən tamamilə uzaqdır və erməni lobbiçiləri Azərbaycan hökumətinə qarşı çirkin qaralama kampaniyasını davam etdirmək üçün Pallone kimi başqa müxtəlif konqresmenlərə milyonlarla dollar sərf edirlər. ABŞ Nümayəndələr Palatası bir daha erməni diasporunun əsiri olduğunu sübut etdi, bu isə Amerikanın əfsanəvi demokratik institutlarını ləkələyir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024