Mobil versiya
Antalyada meşə yanğınını törədən bir nəfər həbs EDİLDİ
Tarix: 04-08-2021 | Saat: 09:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Antalyada meşə yanğınını törədən bir nəfər həbs

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda 28 iyulda başlayan meşə yanğınları ilə əlaqədar Manavqat Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər – 16 yaşlı C.Y. saxlanılıb.

Bu barədə aia.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları odun anbarına, dülgər sexinə, bir sıra evlərə və meşəyə ziyan vuran yanğınla əlaqədar araşdırmaya başlayıblar. Əldə edilən sübutlar və ətrafdakı təhlükəsizlik kameralarının yoxlanılması zamanı əldə olunan dəlillərlə hadisənin C.Y. tərəfindən törədildiyi müəyyənləşdirilib.

O, ötən cümə günü polis əməkdaşları tərəfindən yaxalanıb və 4 gün sorğu-sual olunub. Şübhəli şəxs dünən məhkəmənin qərarı ilə "meşəni qəsdən yandırmaq" ittihamı ilə həbs edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024