Mobil versiya
Bərbərxana və gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq
Tarix: 26-07-2021 | Saat: 17:16
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bərbərxana və gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq

Bərbərxana və gözəllik salonlarına giriş üçün müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq.

aia.az xəbər verir ki, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Bu qərar bərbərxana və gözəllik salonlarına aid deyil. Yəni, bu obyektlərə daxil olan müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq.

Qeyd edək ki, ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.

Qərar əsasən isə bərbərxana və gözəllik salonlarında çalışan şəxslərin 1 sentyabrdan azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024