Mobil versiya
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Tarix: 23-07-2021 | Saat: 18:48
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, bu gün koronavirusdan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 782 nəfər müalicə olunaraq sağalıb, 5 002 nəfər vəfat edib. 2 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 448, bu günə qədər isə ümumilikdə 3 954 016 test icra olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024