Mobil versiya
Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransının diqqət çəkən məqamları
Tarix: 23-07-2021 | Saat: 11:30
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransının diqqət çəkən məqamları



Azərbaycan dövlətinin möhtəşəm Zəfəri ilə yekunlaşan 44 günlük müharibə Cənubi Qafqaz regionunda yeni bir mənzərənin yaranmasına gətirib çıxardı və regional balansı tamamilə dəyişdi. Azərbaycan artıq sadəcə iqtisadi bir tərəfdaş kimi deyil, eyni zamanda regional güc olaraq, öz siyasəti, gücü hesabına öz ərazi bütövlüyünü bərpa etmiş bir dövlət olaraq və regionda yeni əməkdaşlıqlarla bölgənin simasını dəyişə biləcək bir siyasi iradə olaraq özünü təsdiq etdi. Məhz bundan çıxış edərək artıq dünyada o cümlədən, dünyanın nüfuzlu təşkilatlarında ölkəmizə qarşı münasibət tamamilə yeni aspektdədir. Düzdür, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri daim Azərbaycan üçün prioritet məsələlərdən biri olmuşdur. Amma məhz indi bu münasibətlər yeni müstəviyə çıxmış və ölkə rəhbərliyinin düzgün atılmış addımlarının nəticələri olaraq bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti və siyasi güc mərkəzi olaraq hər kəs tərəfindən qəbul edilmişdir. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfəri çərçivəsində ölkəmizə gerçəkləşdirdiyi səfərdə də müşahidə etdik.

Ümumiyyətlə, 2021-ci il Aİ-nin Cənubi Qafqazla münasibətləri regionda olan yeni təhlükəsizlik arxitekturası fonunda nəzərdən keçirilməlidir. Bildiyimiz kimi Aİ Cənubi Qafqazla münasibətlərində ümumiyyətlə bir neçə siyasi və müxtəlif proqramlar çərçivəsində təşəbbüslər vasitəsilə həyata keçirir. Bu səbəbdən Aİ-nin region ölkələrinə olan münasibəti fərqlidir. Məsələn, İttifaqın Azərbaycana olan münasibəti Gürcüstan və Ermənistana olan münasibətindən fərqlənir. Çünki Azərbaycan regionun lider ölkəsi və Aİ-nin ən böyük iqtisadi-ticarət tərəfdaşıdır. Ölkəmizin Aİ ilə münasibətləri ikitərəfli və partnyorluq münasibətləri üzərində qurulub. Azərbaycan regionda yeganə dövlətdir ki, Aİ ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayır və münasibətlərin əsasını partnyorluq, daha dəqiq bərabərhüquqlu partnyorluq təşkil edir. Bu mənada ötən gün Prezident İlham Əliyev ilə Avropa İttifaqının rəhbəri Şarl Mişel arasında keçirilən geniştərkibli görüş postkonflikt dövrü üçün prioritet məsələlərin əsas hədəflərinin müəyyən edilməsi baxımından çox ciddi əhəmiyyət daşıyırdı.

Qeyd edilməlidir ki, Azərbaycanın Aİ ilə əlaqələrində enerji təhlükəsizliyi məsələsində xüsusi rol oynayan ölkə olması qabarıq şəkildə üzə çıxır. Enerji təhlükəsizliyi deyiləndə isə əlbəttə ki, ötən ilin son günündə tam olaraq işə başlamış Cənub Qaz dəhlizini qeyd etmək vacibdir. Bu dəhliz vasitəsilə Azərbaycan qazı Avropaya, daha dəqiq - Bolqarıstan, İtaliya və Yunanıstana çatdırılır. Bununla da Azərbaycan Avropanın enerji şaxələndirilməsi və enerji təhlükəzisliyi məsələlərində əlamətdar rol oynayır. Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransında ölkə başçımız bununla bağlı statistik məlumatları bir daha bütün ictimaiyyətin diqqətinə çatdırdı. Onu qeyd edək ki, konfransda ölkə başçımız Cənub Qaz Dəhlizi Məşvərət Şurasının fəaliyyəti ilə bağlı da fikirlərini bildirdi. Ölkə başçımız vurğuladı ki, Məşvərət Şurası, bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. Bəli, nəzərə alsaq ki, sözügedən layihə bu qədər böyük investisiyaya malikdir və daxilində bir çox sayda ölkə və şirkəti birləşdirir, onda layihənin idarə edilməsi üçün belə bir addımın nə qədər zəruri olduğu bir daha nəzərə çarpır. Xatırlatmaq yerinə düşərdi ki, bu təşəbbüslə çıxış edən isə məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmuşdur.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransında səsləndirmiş olduqları fikirlər yaxın perspektiv üçün nəzərdə tutulan əsas əməkdaşlıq münasibətlərinə də aydınlıq gətirmişdir. Ölkəmiz Avropa İtiifaqı ilə münasibətlərini yeni keyfiyyət müstəvisinə qaldırmaqdadır. 2021-ci ildə Aİ ilə Cənubi Qafqaz xüsusilə də Azərbaycana olan münasibətlər məhz regionda yaranmış yeni reallıqlar və daha güclü Azərbaycan fonunda inkişaf edəcəkdir. Təşkilata üzv 9 ölkə ilə strateji tərəfdaşlığa dair sazişin imzalanması, yeni əməkdaşlıq sənədi üzərində işin davamı, habelə Aİ-nın Cənubi Qafqaz regionuna artan marağı, postmünaqişə dövründə qurumun bölgədə həyata keçirə biləcəyi layihələr ətrafında gedən diskussiyalar bu prosesin uğurla yekunlaşacağına hər hansı şübhə yeri qoymur. Bütün bunlar bir daha göstərir ki, Aİ rəhbəri Şarl Mişelin Respublikamıza səfəri ikitərəfli münasibətlərin dərinləşməsi üçün olduqca ciddi və önəmli təkan olacaq. Ekspertlərin fikirincə Avropa İttifaqı Qarabağda start götürən bərpa-quruculuq işlərində də ölkəmizə dəstək verə bilər. Bu tərəflər arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrinin böyük perspektivə hesablandığının növbəti təsdiqi olacaqdır.


Fazil Məhəmmədov
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə