Mobil versiya
ÜST uşaqları və yeniyetmələri də koronavirusa qarşı peyvənd etməyə çağırdı
Tarix: 24-06-2021 | Saat: 09:05
Bölmə:Gündəm | çapa göndər

ÜST uşaqları və yeniyetmələri də koronavirusa qarşı peyvənd etməyə çağırdı


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqları peyvənd etməyə çağırıb.

Aia.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-nin saytında yerləşdirilən tövsiyələrdə qeyd edilir.

Bildirilir ki, uşaqlar və yeniyetmələr böyüklərlə müqayisədə koronavirusu daha yüngül formada keçirirlər: "Bu səbəbdən, onlar koronavirusu ağır keçirmə riski daha yüksək olan qrupda olmadıqları təqdirdə, yaşlı insanlar, xroniki xəstəlikləri olan insanlar və səhiyyə işçilərindən sonra peyvənd edilməlidirlər".

Daha əvvəl ÜST COVID-19 peyvəndlərinin uşaqlara təsiri barədə yetərli məlumatın olmadığını bildirmişdi, bu səbəbdən uşaqların peyvənd edilməsini tövsiyə etmirdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024