Mobil versiya
Füzuli-Əhmədbəyli yolunun 8 kilometri minalardan təmizlənib - ANAMA
Tarix: 08-05-2021 | Saat: 11:51
Bölmə:Cəmiyyət | çapa göndər

Füzuli-Əhmədbəyli yolunun 8 kilometri minalardan təmizlənib -

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən Füzuli rayonunun Əhmədbəyli və Alıxanlı kəndlərinin ərazilərinin minalardan təmizlənməsi işlərini davam etdirir.

Trend-in məlumatına görə, ərazidə jurnalistlərə açıqlama verən ANAMA əməkdaşı Mədət Məmmədov bildirib ki, təmizləmə işləri əsasən Füzuli-Əhmədbəyli yolunda həyata keçirilir:

"Hazırda yolun 13 kilometrlik hissəsi ən təhlükəli ərazidir. Artıq həmin hissənin 8 kilometrini təmizləmişik, 5 kilometrdə də təmizləmə işləri davam etdirilir. Hazırda ərazidə itlərlə, mexaniki vasitələr və əllə təmizləmə əməliyyatları həyata keçirilir.

Yolda minaların sayı çoxdur. Ən çox mina təmas xəttindədir. Təmas xəttinin 1.5 kilometrlik hissəsində təxminən 8-9 mina sahəsi yerləşir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024