Mobil versiya
Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb
Tarix: 08-05-2021 | Saat: 07:42
Bölmə:Dünya | çapa göndər

Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb

Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

AİA.Az "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə şəhər hakimiyyətinin saytında yerləşdirilirən məlumatda deyilir.

Məlumatda bildirilir: "34 nəfərin tibb müəssisələrində müəlicəsi davam edir, 26 nəfər ölüb, 52 nəfər isə artıq evə buraxılıb". Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi.

"Formula" radiostansiyasının məlumatına əsasən, Mexiko şəhərinin xəstəxanalarından birində olan 52 yaşlı qadın dünyasını dəyişib.

Qeyd edək ki, mayın 3-ü Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda "Olivos" metrostansiyasının yaxınlığında metro körpüsü çöküb. Hadisə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024